Kamaləddin Qafarovun seçicilərlə möhtəşəm görüşü - FOTOLAR

2020-01-29 09:09:18 / 3029 dəfə oxunub
VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə 9 saylı Binəqədi ikinci Seçki Dairəsindən deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir. K.Qafarov yanvarın 28-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının iclas salonunda rayon sakinləri ilə görüşmüşdür. 500 nəfərdən artıq seçicinin iştirak etdiyi görüşdə seçki dairəsinin müxtəlif ərazilərində yaşayan insanlar millət vəkilliyinə namizəd K.Qafarova rəğbət və dəstəklərini nümayiş etdirmişlər.

Görüşü giriş sözü ilə Yeni Azərbaycan Partiysı Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov açaraq müasir tarixi şəraitdə parlamentarizm, dövlət quruculuğu və dövlətimizin insanların rifahını yüksəltmək üçün göstərdiyi fasiləsiz səylərdən danışmışdır. O, göstərmişdir ki, seçicilərin tarixi rolu parlamentə ölkəni irəli apara biləcək yeni qüvvələrin seçilməsindən və taleyüklü vəzifələrin reallaşması üçün əzmkarlıq və prinsipiallıq göstərilməsindən ibarətdir.




Səmimilik və qarşılıqlı etimad şəraitində baş tutmuş görüş zamanı Kamaləddin Qafarov ölkədəki sabitlik, dayanıqlı inkişaf və islahatlar barədə seçicilərə geniş məlumat vermiş, onlarla fikir mübadiləsi aparmışdır. Seçicilərin çoxsaylı sullarını cavablandıran K.Qafarov ölkənin gələcəyinin bu seçkilərdən asılı olduğunu bildirmiş, seçiciləri fəal olmağa səsləmişdir.

Görüş iştirakçıları son dövrdə reallaşan islahatlardan razılıqlarını ifadə etmiş, fevralın 9-da ən layiqli namizədə səs verəcəklərini bildirmişlər.




Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!