Şirvan – Rəşad Camalovun seçicilərlə görüşləri davam edir - FOTOLAR

2020-01-29 16:57:58 / 676 dəfə oxunub
46 saylı Şirvan şəhər seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Rəşad Camalovun öz seçiciləri ilə növbəti görüşü Hacıqəhrəmanlı qəsəbəsində baş tutub

Deputatlığa namizəd Rəşad Camalov bu gün Şirvanın Hacıqəhrəmanlı qəsəbəsində yaşayan sakinlərlə görüşüb. Seçicilər qarşısında çıxış edən deputatlığa namizəd qeyd edib ki, ölkə başçısı İlham Əliyevin reallaşdırdığı uğurlu layihələr, apardığı möntəşəm islahatlar nəticəsində bu gün bütün Azərbaycanda olduğu kimi, Şirvanda da böyük işlər görülüb və görülməkdədir. Həmçinin R.Camalov seçkiqabağı platforması haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Deputatlığa namizəd bildirib ki, seçiciləri tərəfindən ona etimad göstəriləcəyi təqdirdə Şirvan şəhəri və ətraf qəsəbələrdə quruculuq işlərinin daha böyük vüsət alması, insanların sosial-məişət və digər problemlərinin həlli, yaşam səviyyələrinin daha da yüksəlməsi istiqamətində konkret addımlar atacaqdır.

Tədbirdə iştirak edən Hacıqəhrəmanlı qəsəbə sakinləri namizədə uğurlar arzulayıblar. Seçicilər əmin olduqlarını vurğulayıblar ki, məhz Rəşad Camalovun parlamentdə təmsil olunması bütün Şirvan sakinləri üçün çox faydalı olacaq.

Hal-hazırda Rəşad Camalovun Şirvanda öz seçiciləri ilə görüşləri davam edir.





Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!