Aqiyə Naxçıvanlı ucqar kəndlərdə seçicilərlə görüşdü - FOTOLAR

2020-01-29 18:41:49 / 827 dəfə oxunub
Yanvarın 29-u günün ikinci yarısında 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizəd Aqiyə Naxçıvanlı rayonun ən ucqar kəndləri olan Çaldaş, Çayqovuşan və Qarabulaqda seçicilərlə görüşdü.

Kənd sakinləri onu mehribanlıqla qarşıladılar. Onlar Azərbaycan dövlətinin başçısı İlham Əliyevin hər bir vətəndaşın prezidenti olmağından qürurlandıqlarını bildirdilər. Səmimi keçən görüşdə seçicilər Aqiyə xanıma əvvəlki deputatlığı dövründə bu kəndlərin problemlərinin həllində yaxından göstərdiyi köməkliklərə görə minnətdarlıq etdilər. Çıxış edən seçicilərdən Çaldaş və Çayqovuşan kənd sakinləri Solmaz Adilova, Fikrət Hüseynov, Arzu Şahhüseynov və başqaları ölkədə gedən inkişafdan razılıqlarını bidirdilər. Eyni zamanda 2015-ci ildə baş vermiş zəlzələdən ziyan görən bəzi evlərin bərpası məsələsinin diqqətdən kənarda qaldığını vurğuladılar və bununla bağlı köməklik olunmasını xahiş etdilər. 



Qarabulaq kənd sakinləri Sədrəddin Qarayev, Aidə Məmmədyarova, Mətanət Kərimova və digərləri kəndarası yolun asfaltlanması, kəndə içməli suyun çəkilməsi ilə bağlı məsələ qaldırdılar və həlli istiqamətində onların səsini aidiyyəti qurumlara Aqiyə xanımın çatdıracağına əmin olduqlarını qeyd etdilər. Seçicilər fevralın 9-da keçiriləcək seçkilərdə fəal olaraq layiqli namizədə səs verəcəklərini bildirdilər.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!