İqbal Məmmədov Şingədulan, Molalan və Noda kənd inzibati ərazi vahidliyində seçicilərlə görüşüb - FOTO

2020-01-29 19:16:42 / 3134 dəfə oxunub

78 saylı Lerik seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi İqbal Məmmədovun seçiciləri ilə görüşləri davam edir.

Sabahinfo.az xəbər verir ki,YAP-ın namizədibu gün Şingədulan, Molalan və Nodakənd inzibati ərazi vahidliyində yaşayan seçicilərlə görüş keçirib.

Tədbiri giriş nitqi ilə açan YAP Lerik rayon təşkilatının sədri Cəlil Baxşıyev Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi islahatlardan və inkişafdan, eləcədə rayonda aparılan quruculuq, abadlıq işlərindən, YAP-nın 78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizədi İqbal Məmmədovun həyat və fəaliyyəti barədə geniş məlumat verib.

Qeyd olunub ki, əvvəlki seçkilərdə olduğu kimi YAP bu seçkilərdə də irəli sürdüyü namizədlərin qələbəsini təmin etmək əzmindədir:

"Əminik ki, 9 fevral tarixində seçicilərimiz İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi İqbal Nəriman oğlu Məmmədova səs verəcəklər".

Daha sonra İqbal Məmmədov çıxışındaPrezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi islahatlardan və inkişafdan, eləcədə rayonumuzda aparılan quruculuq, abadlıq işlərindən seçicilərə məlumat verib.

"Ölkəmizin inkişafında misilsiz xidmətləri olan YAP keçirilən bütün seçkilərdə qələbə qazanıb. Xalq-iqtidar birliyinin, həmrəyliyinin olması bu qələbələrin qazanılmasına əsas verir və bu etibarın, inamın qazanılması da Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin yorulmaz, məqsədyönlü siyasəti nəticəsində mümkün olub. İnanıram ki, seçicilərimiz YAP-ın irəli sürdüyü "Daha güclü Azərbaycan naminə” olan platformasını dəstəkləyəcək və Azərbaycanımızın gələcək inkişafında İlham Əliyevin yürütdüyü siyasətə töhfələrini verəcəklər."

Çıxış edən seçicilər, kənd ağsaqqalları və ziyalıları cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti bəyəndiklərini, səsvermə günü Yeni Azərbaycan Partiyasının namizədi olan İqbal Məmmədova səs verəcəklərini bildiriblər.

Tədbirdən sonra kənd ağsaqqalları ilə fərdi söhbətlər aparılıb, onları narahat edən məsələlər müzakirə edilib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!