Nəsib Məhəməliyev Qazma və Talalar kəndindən olan seçicilərlə görüş keçirdi - FOTO

2020-01-29 19:23:54 / 704 dəfə oxunub
Bu gün saat 11:00-da Balakən rayon Qazma kənd 2 saylı tam orta məktəbində Yeni Azərbaycan Partiyasının 109 saylı Balakən seçki dairəsindən deputatlığa namizədi Nəsib Məhəməliyevin Qazma kəndindən olan seçicilərlə görüşü keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan YAP-ın Balakən rayon təşkilatının sədri Azad Balayev ölkədə həyata keçirilən islahatlardan danışaraq dövlət başçısının başlığı altında ölkədə böyük dəyişiklik hərakatının başlandığını, buna paralel olaraq qanunverici orqanında yenilənməsinə ehtiyyac duyulduğu üçün YAP-ın təşəbbüsü əsasında Milli Məclisin yeni parlament seçkilərinin keçirilməsi üçün dövlət başçısına müraciət etdiyini, cənab prezidentin sərəncamı əsasında 9 fevral 2020-ci tarixinə 6-cı çağırış novbədənkənar parlament seçkiləri təyin etdiyini bildirdi.

İqdidar partiyasının rayon təşkilatının sədri qeyd etdi ki, rayon üçün sevindirici haldır ki, partiya 109 saylı Balakən seçki dairəsindən Balakən üçün doğma olan Nəsib Məhəməliyevin namizədliyini irəli sürürmüşdür.



Daha sonra çıxış edən deputatlığa namizəd dövlət başçısının həyata keçirdiyi siyasətdən, regionda baş verən hadisələrdən və rayon üçün, eləcədə Qazma kəndi ilə bağlı təsüratlarını seçicilərlə bölüşdü.

Kənd sakinləri adından çıxış edən Qazma kənd 2 saylı tam orta məktəbinin direktoru Əkrəm Eminov Nəsib Məhəməliyevin əvvəlki deputatlıq fəaliyyəti dövründə daim kənd seçicilərini diqqətdə saxladığını bildirərək dəfələrlə kənddə sakinlərlə görüş keçirdiyini, onların problemlərinin həlli üçün əhəmiyyətli işlər gördüyünü bildirdi.

Çıxış edən kənd sakinləri təklif və problemlərini deputatlığa namizədin diqqətinə çatdırdılar. Sonda Nəsib Məhəməliyev seçicilərə hər zaman fəal olmağa, seçki günü məntəqələrə gedərək sərbəst şəkildə ürəklərindəki namizədə səs verməyə səslədi. Tədbir YAP-ın Balakən rayon təşkilatının sədri Azad Balayevin yekun nitqi ilə sona çatdı.



İkinci görüş Talalar kəndində baş tutdu.İslambəy Şahverdiyev, Sabir Novruzov, Tural İbrahimov və başqaları çıxış edərək 1 saylı məktəbin yenidən tikilməsini, dövlət tərəfindən xurmanın xarici ölkələrə satışına kömək göstərilməsini, Çəmənlik yaşayış məntəqəsinə gedən yolun qaydaya salınmasını xahiş etdilər.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!