Ərə verilən 16 yaşlı qız qəsdən öldürülüb - RƏSMİ

2020-01-29 17:39:21 / 531 dəfə oxunub

Masallıda 16 yaşlı qızın ərə verildikdən bir neçə gün sonra ölməsi ilə bağlı araşdırmalara başlanıb.

Masallı rayon ProkurorluğundanModern.az-a verilən məlumata görə, yetkinlik yaşına çatmayan qızın meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertizasına təqdim edilib.

Araşdırma nəticəsində qızın qəsdən öldürüldüyü məlum olub. Bu səbəbdən də faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, "qafqazinfo.az" saytının yaydığı məlumata görə, rayonun Həsənli kənd sakini olan yetkinlik yaşına çatmayan qız iki həftə əvvəl Xoşçobanlı kəndindən olan oğlanla evləndirilib. Həmin qız bu gün dünyasını dəyişib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!