Novruz Aslanov 44 kənddə seçiciləri ilə görüş keçirib - FOTOLAR

2020-01-28 11:40:42 / 1154 dəfə oxunub

Yanvarın 27-də 86 saylı İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Novruz Aslanov Qalagah, Soltankənd, Uştal, Aşağı Cülyan və İvanovka kəndlərində seçiciləri ilə görüşüb.

Sabahinfo.az xəbər verir ki, bu günə kimi Novruz Aslanovun 44 kənddə, rayon mərkəzində təhsil işçiləri, rayonun dini icmasının nümayəndələri və ağsaqqalları ilə görüşü baş tutub. Görüşlərdə ümumilikdə 5000-nə yaxın seçici iştirak edib.

Yuxarıda adıçəkilən kəndlərdə keçirilən görüşlərdə deputatlığa namizəd Novruz Aslanov ilk olaraq dövlətin bütün sahələrdə həyata keçirdiyi islahatlardan söhbət açıb. Bölgələrdə aparılan quruculuq işləri, kəndlərə çəkilən yeni yolları, qazlaşdırılma, enerji və içməli su xətlərinin yenilənməsi şəhər və rayonlarımızın sosial durumunun kifayət qədər dəyişməsini misal çəkərək bu işlərin davamlı olaraq aparılmasını diqqətə çatdırıb.



İvanovka kəndində keçirilən görüşə gələn sakinlər Novruz Aslanovun tez-tez kəndlərinə gəldiyinə görə ona təşəkkür etdilər. Namizədin vəkili Nadejda Jabina tədbiri açaraq Milli Məclisə keçirilən növbədənkənar seçkilər barədə iştirakçılara məlumat verdi və seçkilərdə Novruz Aslanova uğurlar arzuladı. Namizəd də 14 illik deputatlıq fəaliyyəti, İvanovka kənd sakinlərinin müraciətlərinə diqqətlə yanaşdığını, onlarla daim ünsiyyətdə olduğunu bildirdi.


Sonra Novruz Aslanov fərdi qaydada ona müraciət etmək istəyən seçiciləri qəbul etdi.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!