Rəşad Camalovun Şirvan camaatı ilə görüşləri davam edir - FOTOLAR

2020-01-30 15:24:07 / 1527 dəfə oxunub

46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rəşad Camalovun Şirvan camaatı ilə görüşləri davam edir.

Sabahinfo.az xəbər verir ki, deputatlığa namizəd Rəşad Camalov Şirvan camaatı ilə ümumi görüşdən öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib və gül dəstələri qoyub.

Daha sonra Rəşad Camalov Şirvan Mədəniyyət evində keçirilən görüşdə şəhər camaatı ilə bir araya gəlib.

Seçicilərlə səmimi görüşlər keçirən Rəşad Camalov ölkədə həyata keçirilən islahatlardan söhbət açıb. Deputatlığa namizəd bildirib ki, dövlət başçısı cənab İlham Əliyev hər zaman hər bir vətəndaşının yanında olub və olur:



"Biz də ölkə başçısının həyata keçirdiyi hər bir islahatı dəstəkləyirik. Çünki ölkədə aparılan islahatlar, görülən işlər xalqın daha yaxşı yaşamasına hesablanıb. Həmçinin, gənclər siyasəti də uğurla həyata keçirilir. Regionlarda insanların rahat yaşaması üçün hər cür şərait yaradılıb”.

Rəşad Camalov onu da əlavə edib ki, hər bir şirvanlı ona səs verəcəyi təqdirdə Milli Məclisdə onların səsi olacaq. Qaldırılan hər bir məsələni həll edəcəyinə, aidiyyatı orqanların diqqətinə çatdıracağına dair söz verib.



Çıxış edən seçicilər Rəşad Camalova dəstək nümayiş etdiriblər. Hər bir seçici fevralın 9-da Rəşad Camalova səs verəcəklərini xüsusi qeyd ediblər.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!