Novruz Aslanovun təbliğat kampaniyası davam edir - FOTOLAR

2020-01-31 10:19:19 / 1656 dəfə oxunub

Yanvarın 30-da Novruz Aslanovun Çəmənli kəndində və İsmayıllı şəhərinin Aşağıbaş adlanan ərazisində ağsaqqallarla və ziyalılarla görüşü olub.

Sabahinfo.az xəbər verir ki, Çəmənli kəndində səmimi mühitdə keçən görüşdə Novruz Aslanov seçicilərə respublikada həyata keçirilən, xüsusilə bölgələrin sosial-iqtisadi inkişafı sahəsindəki uğurlardan, rayonlarda yaşayan sakinlərin məşğulluğunun təmin olunması üçün dövlət tərəfindən keçirilən zəruri layihələr barədə məlumat verib. Görüş zamanı sakinləri maraqlandıran bəzi məsələlər də müzakirə mövzusu oldu.



İsmayıllı şəhərinin Aşağıbaş adlanan ərazisində kafedə baş tutan görüşdə ağsaqqallar və ziyalılar Novruz Aslanovu salamlayaraq onunla görüşdən məmnun olduqlarını bildirdilər. Novruz Aslanov qanunvericilik sahəsindəki yeniliklərdən, sosial sahəyə dövlətin xüsusi diqqətindən danışıb. Seçicilər də öz çıxışlarında namizədə uğurlar arzulayaraq, onun bir çox rayon sakinlərinin problemlərinin həllinə biganə qalmamasından, imkan daxilində etdiyi köməklikdən danışdılar. Namizəd qanun yaradıcılığı istiqamətində görülən işlərdən, qanunlara edilən əlavə və dəyişikliklərdən söhbət açıb. Ziyalılar rayon mərkəzində belə görüşlərin tez-tez keçirilməsini namizəddən xahiş etdilər.


Məlumat üçün bildirək ki, Novruz Aslanovun kəndlərdəki görüşləri sona çatıb, növbəti görüşlər İsmayıllı şəhərində davam etdiriləcək.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!