Azərbaycan sərhədində çinli uşaqlarda virus aşkarlandı

2020-01-31 10:55:29 / 1154 dəfə oxunub

Tbilisi İnfeksiya Xəstəxanasında 4 nəfər qrip virusundan müalicə olunur.

Sabahinfo.az "Report”a istinadən xəbər verir ki, bu barədə klinikadan məlumat verilib.

Onlardan ikisi çinli azyaşlıuşaqdır. Hər iki uşaq Gürcüstana Azərbaycandan gedən çinli turistlərin qrupunda olub. Azyaşlılarda "A” tipli qrip virusu təsdiqlənib.

Digər iki nəfər isə Gürcüstan vətəndaşıdır. Onların vəziyyəti sabit qiymətləndirilir. Hər iki şəxslə bağlı laborator araşdırmaların yekun nəticələri gözlənilir. Onlardan biri iki həftə öncə Çində, digəri isə Tailandda olub.

Xəstəxanadan qeyd olunub ki, təşvişə heç bir əsas yoxdur və pasiyentlər ciddi nəzarət altındadırlar.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!