Aqiyə Naxçıvanlı Qəbələ rayonundan olan seçiciləri ilə görüşlərə start verdi - FOTOLAR

2020-01-31 18:03:15 / 1926 dəfə oxunub
Yeni Azərbaycan Partiyasının 117 saylı Oğuz- Qəbələ dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aqiyə Naxçıvanlı Oğuz kəndləri üzrə seçiciləri ilə görüşlərini yekunlaşdırdıqdan sonra yanvarın 31 –dən Qəbələ rayonundan olan seçiciləri ilə görüşlərə start verdi.

Rayonun Bum, Həmzəli qəsəbələrində, Qəmərvan və Tikanlı kəndində seçicilər Aqiyə Naxçıvanlını böyük sevgi ilə qarşıladılar. Onlar öz çıxışlarında ölkə başçısı İlham Əliyevə ehtiramlarını bildirdilər, onun yürütdüyü siyasəti dəstəklədiklərini və kəndlərində aparılan abadlıq quruculuq işlərindən, kənd sakinlərinin sosial müfadiəsinin təminatından razılıqlarını ifadə etdilər. Görüşdə ümumilikdə rayonun inkişafından, görülən işlərdən söhbət açıldı. Aqiyə xanım qanunvericilik sahəsindəki yeniliklərdən, sosial sahəyə dövlətin xüsusi diqqətindən danışdı. Seçicilər deputatlığa namizədə uğurlar arzulayaraq, onun bir çox rayon sakinlərinin problemlərinin həllinə biganə qalmamasından, göstərdiyi köməkliklərdən danışdılar.



Görüşə gələn seçicilər fevralın 9-da keçiriləcək seçkilərdə fəal olacaqlarını və layiqli namizədə səs verəcəklərini bildirdilər.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!