İqbal Məmmədov: Oğlum azadlığa buraxılıb

2020-01-31 18:48:17 / 1283 dəfə oxunub

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Lerikdə "Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı həbs edilən deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və digərlərin cinayət işi üzrə məhkəmə olub.

İ.Məmmədov APA-ya açıqlamasında bildirib ki, oğlu və yaxın qohumları məhkəmənin qərarı ilə azadlığa buraxılıblar:

"Neçə vaxt idi ki, araşdırma gedirdi. Bu gün məsələyə hüquqi qiymət verildi. Humanizm prinsipləri rəhbər tutularaq məhkəmə onları həbsdən azad etdi. Bu, bizim üçün çox sevindirici xəbər oldu. Heç bir valideynə övladının həbsə düşməyini arzu etmirəm”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!