Hicran Hüseynova Sumqayıt şəhəri 18-ci mikrorayon sakinləri ilə görüş keçirib

2020-01-30 18:11:01 / 2109 dəfə oxunub

41 saylı Sumqayıt birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın Sumqayıt şəhəri 18-ci mikrorayon sakinləri ilə növbəti görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov mikrorayon sakinlərini salamladı, daha sonra 2019-cu il ərzində ölkədə baş verən müsbət dəyişiklikləri vətəndaşların diqqətinə çatdırdı. R.Hüseynov eyni zamanda Yeni Azərbaycan Partiyasının Azərbaycanın daha da inkişafı üçün təklif etdiyi 10 addım paketini (vətəndaşların hüquq və azadlıqlarının qorunması, ölkə iqtisadiyyatının inkişafı, insanların sosial rifahının artırılması, təhsil səviyyəsinin yüksəldilməsi, icbari tibbi sığorta, ailə institutunun möhkəmlənməsi, ərazi bütövlüyümüzün bərpası, gənclərin hərtərəfli inkişafı, dünya enerji təhlükəsizliyində Azərbaycanın rolu, eləcə də Azərbaycanın beynəlxalq birlikdə nüfuzunun artırılması istiqamətlərində fəaliyyətlər) qeyd etdi. Sonda o, sakinləri YAP-ın namizədlərinə, o cümlədən 41 saylı Sumqayıt birinci seçki dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovaya etimad göstərib səs verməyə çağırdı.

Daha sonra çıxış edən Soltan Əsədov, Şakir Abuşov qeyd etdilər ki, Azərbaycan müstəqil dövlətdir və onun müstəqil siyasəti var. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan siyasətin ölkənin hərtərəfli inkişafına səbəb olub. Onlar vurğuladılar ki, Hicran Hüseynovanın uzun müddət dövlətdə təcrübəsi var, o ziyalı qadındır və ona görə də seçiciləri Milli Məclisdə təmsil edən belə bir ziyalı insana ehtiyacı var.

Görüşdə həmçinin Sumqayıt şəhər 1 saylı Doğum Evinin baş həkimi Təranə Rəcəbli, Prezident yanında Beynəlxalq Humanitar Yardım Komissiyasının üzvü, Tərəqqi Sosial İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri İndira Şəmsivari, "Hüseynoğlu” MMC-nin rəhbəri və Dünya və Olimp Ticarət Mərkəzinin sahibi Lətifə Əhmədova, sahibkar Fərxrəddin Rəhimov da iştirak ediblər.

Mikrorayon sakinləri adından çıxış edənlər yekdilliklər öz layiqli namizədinə-Hicran Hüseynovaya səs verəcəkəclərini bildirdilər.

Sonda çıxış edən Hicran Hüseynova vurğuladı ki, hazırda Sumqayıt Azərbaycanın ən gözəl, inkişaf edən sənaye şəhərlərindən biridir. Sumqayıtın unikallığı bundan ibarətdir ki, burada müxtəlif millətləri təmsil edən nümayəndələr sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Hicran Hüseynova qeyd etdi ki, Sumqayıt şəhərinin inkişafı üçün bundan sonra da işlər davam etdiriləcək.

Hicran Hüseynova həmçinin, qeyd etdi ki, 2020-ci il cənab Prezident İlham Əliyev tərəfindən "Könüllülər ili” elan edilib və biz çalışmalıyıq ki, gənclər ölkənin inkişafı istiqamətində gedən proseslərdə fəal iştirak etsinlər. O, gənclərin inkişafı, rəqabətə davamlı olması, qızların təhsil alması, milli dəyərələrimizin yad təsirlərdən qorunması məsələlərinə toxunaraq onların əhəmiyyətini vurğuladı.

Sonda vətəndaşlar tərəfindən edilən təklif və müraciətlər dinlənildi, onlar müvafiq tədbirlərin görülməsi məqsədilə qeydiyyata alındı.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!