Qusar gəncləri seçimini etdi

2020-01-31 21:19:42 / 1591 dəfə oxunub

51 saylı Qusar seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi Azər Badamov təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonunun gəncləri ilə görüş keçirib.

Görüşü YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov açıb, seçicilərə Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikasının ictimai siyasi həyatındakı uğurları barədə məlumat verib. O,həmçinin Yeni Azərbaycan Partiyasının 51 saylı Qusar seçki dairəsindən deputatlığa namizədi Azər Badamovun fəaliyyəti barədə danışmışaraq seçiciləri Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyini irəli sürülmüş Azər Badamova səs verməyə çağırıb.

Görüşdə deputatlığa namizəd Azər Badamov geniş nitqlə çıxış edərək Milli Məclisin deputatı olduğu dövrdə özünün fəaliyyəti barədə seçicilərə ətraflı məlumat verib. Gəncləri qarşıdan gələn 2 Fevral Gənclər Günü münasibətilə təbrik edib və dövlətimizin gənclər siyasəti haqqında danışıb.

Görüşdə iştirak edən fəal gənclərdən Ramella Əliyarova, Ayaz Abdullayev və Samirə Qasımova çıxış edərək qusarlı gənclərin  9 fevralda keçiriləcək parlament seçkilərində yekdilliklə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyini irəli sürülmüş Azər Badamovu dəstəkləyəcəklərini bildiriblər.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!