Sadiq Qurbanov təbliğatı ilə “Yerli deyil” düçüncəsini alt-üst etdi

2020-01-31 09:40:43 / 3325 dəfə oxunub
O, seçicilərinə əlçatmaz millət vəkili olmayacaq

Hakim Yeni Azərbaycan Partiyası (YAP) 2020-ci il fevralın 9-a təyin olunan növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərini hələ müəyyənləşdirməzdən öncə Şabran və Siyəzəndə müxtəlif fikirlər, suallar yaranırdı – YAP-ın bu dəfə rayondan namizədi kim olacaq.

Biri dedi yenidən keçmiş millət vəkili ola bilər, o biri dedi, yox, nəvəsi olacaq, bir başqası isə bank müdirinin ola biləcəyini dedi, müxtəlif adlar hallandı...

Namizədlərin irəli sürülmə prosesi başlayandan əsli, nəsli Şabrandan, Siyəzəndən olanlar sənədlərini 54 saylı Şabran-Siyəzən Seçki Dairəsinə təqdim etdilər. Aralarında tanınmışlar da az deyil, əməkdar artist Elza Seyidcahan, tanınmış teleaparıcı İlkin Xəlilov... düz 18 namizəd.

Nəhayət, hamının gözlədiyi YAP ütün dairələr üzrə namizədlərini elan etdi. 54-cü dairədən Sadiq Qurbanov.
Ad, soyadı Şabran və Siyəzən əhli üçün ilk idi. Elə mənim üçün də maraqlı oldu. Siyahı açıqlanan günü rayondakı bəzi mənbələrim mənimlə əlaqə qurub, yeni namizədlərinin kimliyi ilə maraqlandılar.

Açığı, Sadiq Qurbanovla facebook-da dost olsam da elə də müntəzəm əlaqə qurmamışdım. Sadəcə YAP-ın qurucularından, vicdanı, keçmişi təmiz, şəffaf bir ziyalı olduğunu bilirdim.
Sadiq Qurbanov təbliğatı ilə
Onu da bilirdim ki, ümummili liderimizə, onun ideyalarına sədaqətlidir. S.Qurbanov hələ YAP yaradılmazdan iki il öncə, 90-cı illərin əvvəllərində – BDU-da təhsil alarkən aktiv şəkildə Heydər Əliyevin müdafiəsinə qoşulub. O, parlamentin qarşısında Heydər Əliyevin seçkidə iştirakını əngəlləmək üçün tətbiq olunmuş yaş senzi əleyhinə aksiyaların təşkilatçılarından və fəal iştirakçılarından olub. Yəni S.Qurbanov hakim partiyaya sonradan kənardan, təsadüfən düşən və ya qəbul olunanlardan deyil.

Əvvəlki deputatlarımız yerli idi, rayonlarda tanınırdılar. Məsələn, YAP-dan olan Tahir Süleymanov 20 ilə yaxın idi ki, parlamentdə siyəzənli və şabranlıları təmsil edib. Hər parlament seçkisində namizəd kimi heç seçicilərlə mütəmadi görüşməyə ehtiyac da duyulmurdu. Bir tərəfdən tanındığı, digər tərəfdən namizədlər arasında şansının üstünlüyü, təcrübəsi və s...
Sadiq Qurbanov təbliğatı ilə
Amma Naxçıvanda anadan olan, təhsili və əmək fəaliyyətini Bakıda davam etdirən, Siyəzən və Şabranla heç vaxt əlaqəsi olmayan S.Qurbanovun 22 günlük təbliğat, təşviqat kəsiyində hər iki rayonun seçiciləri tərəfindən necə qarşılana biləcəyi sualına məntiqli cavab tapa bilmirdim.

Əvvəlcə "Yerli deyil” düşüncəsinə, prinsipinə daha çox üstünlük verdim. Bizdən deyilsə, tanınmırsa, onu dəstəkləməzlər, düşündüm. Amma digər tərəfdən "20 il yerlimiz bizi parlamentdə təmsil etdi, nə qazandıq, nə verdi bizə” sualı "Bizdən deyil” prinsipinin yanlış olduğunu göstərdi.
Sadiq Qurbanov təbliğatı ilə
S.Qurbanovun tərcümeyi-halını diqqətlə nəzərdən keçirdim və Bakıdakı tanınan ziyalılardan onun haqqında müsbət fikirlər əldə etdim.
Facebookda ortaq dostlarımdan onun haqqında ancaq müsbət fikirlər eşitdim.

S.Qurbanovla bağlı yetərincə məlumat topladıqdan və qısa bir təhlil apardıqdan sonra onun ən şanslı namizəd ola biləcəyini qətiləşdirdim. Sosial səhifəmdə S.Qurbanovun Siyəzən və Şabranın gələcək deputatı ola biləcəyi fikrimi ictimailəşdirdim.

Bundan sonra hər iki rayondan yeni namizədlə bağlı çoxlu müraciətlər aldım, seçicilər üçün YAP-ın yeni siması, yeni namizədinin kim olduğunu bilmək maraqlı idi.
Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Sadiq Qurbanovla bir dəfə telefon danışığımız olub. O da təbliğat, təşviqat mərhələsindən 10 gün öncə. Bir qədər fikir mübadiləsi apardıq, uğurlar arzuladım və seçicilərin səsini qazanacağına ümid etdiyimi bildirdim.
Sadiq Qurbanov təbliğatı ilə
...Namizədlərin təbliğat, təşviqat prosesinə start verildiyi gündən bu günədək S.Qurbanovun təbliğatını yaxından izlədim. Möhtəşəm, əvəzsiz, təkrarolunmaz, eyni zamanda seçki prosesinə qoşulan digər namizədlərdən fərqli bir təbliğat.

Hər iki rayonda hakim partiyaya böyük inam, etibar var. Çünki, yaradıcısı ümummilli liderimiz, ideyalarının daşıyıcısı cənab prezidentimiz İlham Əliyevin sədri olduğu bir partiya mövcuddur. Bu, S.Qurbanovun seçicilər tərəfindən rəğbətlə qarşılanmasına səbəb olan müsbət göstəricilərdən biridir. Seçicini özünə cəlb edən, çəkən digər bir amil isə namizədin təfəkkürü, natiqliyi, rəftarı, intellektidir.

S.Qurbanovun hər bir görüşü izdihamlı olub. Qışın soyuqunda S.Qurbanov hər iki rayonun ucqar kəndlərinə qədər gedib çıxa bilib. Hər bir kəndli ailəsi ilə görüşüb. İki gündə 10 ucqar kənddə görüş keçirmək hər bir namizədin işi ola bilməz.

Siyəzən və Şabran üçün YAP-ın yeni, "yerli” olmayan namizədi təşviqat prosesinin 13-cü günündə minlərlə seçici ilə ünsiyyətdə olub. Milli Qəhrəman, şəhid ailələri, ağsaqqallar, ağbirçəklər, sadə kəndçilər, gənclər ilk görüş ünvanları olub.
Sadiq Qurbanov təbliğatı ilə
S.Qurbanov bir görüşlə minlərlə insanın etibarını, səsini qazana bilibsə, o "yerli deyil” ola bilməz. Bizim – siyəzənli və şabranlılardan biri sayılıb. S.Qurbanov əhali tərəfindən qazandığı bu sevgi ilə "”Yerli deyil” düşüncəsini daşıyan digər region seçicilərinə də yanlış fikirdə olduqları mesajını vermiş oldu.

Yeri gəlmişkən, iki gün öncə Şabranda bir qrup gənclə telefon əlaqəsi qurdum. S.Qurbanovun seçki təbliğatını bəyəndiklərini söylədilər. Həmin görüşlərdə iştirak edənlər də, etməyənlər də seçki günü ona səs verəcəklərini bildirdilər. İnternet üzərindən izləsəm də, digər namizədlərin rayonda necə təbliğat apardıqlarını soruşdum. "Hərdən dar çərçivədə görüşlər keçirirlər. YAP-ın namizədi ilə müqayisədə zəifdirlər” cavabını aldım.

S.Qurbanov 14 gün ərzində özünü Siyəzən və Şabran əhlinə yaxından tanıda, sevdirə bildi. Hələ arxda təbliğat prosesinin başa çatmasına 1 həftə qalıb. Düzdür, 20-21 ərzində hər iki rayonda təbliğat aparmaq, bütün seçicilərinə özünü tanıtmaq çətin prosesdir. Amma S.Qurbanovun görüşdüyü seçicilər tərəfindən rəğbətlə, böyük ehtiramla qarşılanması, üzünü görmədiyi seçicilərin onun haqqında eşidib müsbət fikirlər formalaşması, seçki günündə YAP-ın namizədinə səs verəcəklərini söyləmələri danılmaz faktlardandır. Bununla S.Qurbanov "bizdən deyil” düşüncəsini alt-üst etdi. O, millətini, xalqını, dövlətini sevən bir vətənpərvər kimi sübut etdi ki, harada olcağından asılı olmayaraq daima seçicilərinin yanında duracaq. Onlar üçün əlçatmaz millət vəkili olmayacaq.
Sadiq Qurbanov təbliğatı ilə
Hər iki rayonla sıx əlaqəli olduğumdan seçicilərin əksəriyyətində S.Qurbanova böyük inam yarandığını bilirəm. Nəhayət, siyəzənlilər və şabranlılar əsl millət vəkilinin necə olduğunu, S.Qurbanovun timsalında görə biləcəklər.

Namizədin tərcümeyi-halına yenidən diqqət yetirək:

Qurbanov Sadiq Haqverdi oğlu 1972-ci il iyul ayının 12-də Naxçıvan MR Şərur rayonunun Ələkli kəndində anadan olub. Təhsili:
1979-1989-cu illərdə Ərəbyengicə kənd orta məktəbini;
1989-1994-cü illərdə BDU-nun mexanika–riyaziyyat fakültəsini;
1997-2001-ci illərdə ikinci ixtisas üzrə BDU-nun hüquq fakültəsini;
2001-2004-cü illərdə isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib.
2006-ci ildən texniki elmlər namizədidir.
2 kitabın - Əmək Məcəlləsinin Kommentariyası (2007) və Azərbaycan Respublikası Əmək Məcəlləsinin Elmi-Paktik Kommentariyası (2019) həmmüəllifi, 15-dən çox elmi məqalələrin müəllifidir.

Əmək fəaliyyəti:

1994-2000-ci illərdə BDU-nun «Nəzəri-mexanika və bütöv mühit mexanikası» kafedrasında mühəndis kimi, 2000-ci ildən hal-hazıradək ADİU-nun (UNEC) İqtisadiyyatın hüquqi tənzimlənməsi kafedrasında dosent vəzifəsində fəaliyyət göstərir.

2000-2006-ci illərdə YAP-ın Mərkəzi Aparatında İdeoloji şöbənin partiyalararası əlaqələr üzrə baş referent vəzifəsində, 2006-2010-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin sektor müdiri vəzifəsində, 2010-cu idən hal-hazıradək Az.NQSI HI RK–nın sədr müavini (Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi) vəzifəsində işləyir.

Evlidir, 3 övladı var.
Sadiq Qurbanov təbliğatı ilə

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!