Deputatlığa namizəd Nəsib Məhəməliyev Balakən rayon Mərkəzi Kitabxanasını ziyarət etdi

2020-02-01 09:07:17 / 2084 dəfə oxunub
YAP-ın 109 saylı Balakən seçki dairəsindən deputatlığa namizədi Nəsib Məhəməliyev Balakən rayon Mərkəzi Kitabxanasını ziyarət etdi.

Kitabxanadakı vəziyyətlə yaxından tanış olan deputatlığa namizədə oxucu sayı, kitabxananın maddi-texniki vəziyyəti, kitabxana işçilərinin sosial vəziyyəti barədə məlumat verildi.

Nəsib Məhəməliyev kitabların saxlanma vəziyyəti və kitabxananın keçirdiyi tədbirləri əks etdirən stendlərlə tanış oldu.

Daha sonra kitabxanın konfrans zalında dəyirmi masa arxasında kitabxana işçiləri ilə bir araya gələn deputatlığa namizəd onlara lazımi tövsiyyələrini verərək bundan sonrada hər zaman onların yanında olacağını, kitabxanın fəaliyyətinin dahada güclənməsi üçün əhəmiyyətli işlərin görüləcəyini bildirdi.



Kitabxanın elektron formatda fəaliyyətinin vacibliyinində diqqətə çatdıran deputatlığa namizəd bu işə yaxın gələcəkdə başlanacağı barədə kitabxana işçilərinə məlumat verdi.

Bu günə qədər hər zaman Nəsib müəllimin kitabxana işçilərinin yanında olduğunu bildirən Balakən rayon Kitabxana Sisteminin sədri Məryəm Tağıyeva istənilər fəaliyyəti dövründə heç bir müraciətini cavabsız qoymadığına görə və elektron kitabxana sisteminin qurulmasına başlandığı üçün deputalığa namizədə təşəkkür etdilər.



Kitabxana işçilərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti, Azərbaycanın beynalxalq münasibətlərdəki uğurları, ölkədə həyata keçirilən geniş islahatlar barədə məlumat verən Nəsib Məhəməliyev kitabxana işçilərinin xaiş və təkliflərini dinləyərək onları maraqlandıran suallara cavab verdi. Görüş xatirə fotosunun çəkilməsi ilə başa çatdı.Zeynal Amraliyev
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!