Azərbaycan vətəndaşlarının Çindən təxliyyə prosesi başa çatıb - YENİLƏNİB

2020-02-01 09:11:14 / 1278 dəfə oxunub

Çində koronavirusun kütləvi yayıldığı Uxan şəhərindən Azərbaycan vətəndaşları təxliyyə edilib.

"Report” xəbər verir ki, Azərbaycan vətəndaşlarını gətirən təyyarə Uhan hava limanından səmaya qalxıb.

Sərnişinlər şəhərin hava limanında müayinə edilib və onlarda qızdırma, habelə başqa əlamətlər aşkarlanmayıb. Sərnişinlərə xüsusi forma geyindirilib.

Xüsusi vasitələrlə dezinfeksiya edilən təyyarə əvvəlcə yanacaq üçün Ulan-Batora uçub. Təyyarə bundan sonra Türkiyənin paytaxtı Ankarada yerə enəcək.

05:05

Türkiyə və Azərbaycan vətəndaşlarınıtəxliyyə edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin A400M yük təyyarəsi Çinin Uxan şəhərində eniş edib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Təxliyyə olunanlar Türkiyədə 14 gün müddətində karantində saxlanılacaqlar.

23:56 (31.01.2020)

Aralarında Azərbaycan vətəndaşlarının da olduğu bir qrup insanı təxliyyə etmək üçün Uxana yola düşən Türkiyəyə məxsus hərbi təyyarə Monqolustana çatıb.

"Anadolu” Agentliyi xəbər verir ki, Ankaradan yola çıxan və koronavirusun tüğyan etdiyi Çinə yollanan təyyarə Monqolustanın paytaxtı Ulan-Batora eniş edərək yanacaq alıb və yenidən yola çıxıb.

Təcili tibbi yardım avadanlıqları ilə təciz edilmiş təyyarənin yaxın bir neçə saat ərzində Uxana çatması gözlənilir.

18:56

Çində koronavirusun kütləvi şəkildə yayıldığı Uxan şəhərindən Azərbaycan vətəndaşlarının təxliyə olunmasına start verilib.

"Haber Global” xəbər verir ki, bununla bağlı Türkiyədən hərbi təyyarə bu gün günorta saatlarında Çinə yola düşüb.

Virusun ilk görüldüyü və geniş yayıldığı Uxan şəhərindən çıxamaq tələbini bildirən 34 Türkiyə, yeddi Azərbaycan, yeddiGürcüstan və bir Albaniya vətəndaşı tibbi müayinədən sonra təyyarə ilə Ankaraya gətiriləcəklər.

Onlar burda xüsusi hazırlanmış xəstəxanada karantinə götürüləcəklər.

Artıq bu şəxslər aeroporta yola salınıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!