Nazirlərin 11 saat davam edən Cenevrə DANIŞIQLARI - “Konkret sənəd müzakirə olunur”

2020-02-01 16:05:54 / 2479 dəfə oxunub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin İsveçrənin Cenevrə şəhərində 29-30 yanvar aylarında davam edən danışıqlarına Ermənistan müxalifətindən reaksiya gəlib.

Modern.azErmənistan KİV-nə istinadən xəbər verir ki, eks-prezident Serj Sarkisyanın başçılıq etdiyi Respublika Partiyasının sədv müavini Armen Aşotyan Məmmədyarov-Mnatsakanyan danışıqlarında konkret təkliflərin müzakirə olunduğunu əlavə edib.

"Cenevrə görüşü Qarabağ ətrafında gedən intensiv danışıqların bir hissəsidir. Bu barədə Ermənistan hakimiyyəti susmağa üstünlük verir. Danışıqlar prosesinin bərpası deyil, konkret şərtləri müzakirə olunur. Hətta, onu da deyə bilərəm ki, danışıqlar masasında konkret sənəd ətrafında müzakirə aparılır.” –deyə 2018-ci ilə qədər Ermənistan parlamentinin deputatı keçmiş təhsil naziri olan Aşotyan deyib.

Xatırladaq ki, Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan Cenevrədə 11 saat danışıqlar aparıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!