İlham Əliyev koronavirusla bağlı Çin Sədrinə başsağlığı verdi

2020-02-01 17:07:00 / 2264 dəfə oxunub
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı məktubu göndərib.


Sabahinfo.az xəbər verir ki, məktubda deyilir:


"Hörmətli cənab Sədr,

Ölkənizdə yeni növ koronavirusun baş qaldırması nəticəsində vəfat edənlərlə bağlı xəbərlər məni olduqca kədərləndirir.

Epidemiyanın yayılmaması və insan tələfatının qarşısının alınması istiqamətində Çin hökumətinin atdığı addımları, Çin xalqının nümayiş etdirdiyi əzmi yüksək qiymətləndirirəm. İnanıram ki, Sizin rəhbərliyiniz altında Çin Xalq Respublikası bu bəlanın öhdəsindən layiqincə gələcək.

Əmin ola bilərsiniz ki, bu müvəqqəti çətin günlərdə də Azərbaycan xalqı dost Çin xalqı ilə həmrəydir və biz hər cür yardım göstərməyə hazırıq.


Xəstəliyə düçar olaraq vəfat edənlərin ailələrinə şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, virusa yoluxanların tezliklə sağalmasını arzulayıram".

Son xəbərlər
Şəhidlərimiz var
2020-07-12 18:27:30
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!