Aqiyə Naxçıvanlının seçiciləri ilə növbəti görüşü - FOTOLAR

2020-02-03 12:27:02 / 2952 dəfə oxunub
117 saylı Oğuz-Qəbələ dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Aqiyə Naxçıvanlı növbəti görüşünü Qəbələnin Xırxatala, Ciğatelli və Aydınqışlaq kəndlərinin seçiciləri ilə keçirdi.

Görüşdə çıxış edən Aqiyə xanım ölkədə aparılan islahatlarla, namizədliyini irəli sürmüş Yeni Azərbaycan Partiyasının seçki platforması və fəaliyyəti ilə bağlı geniş məlumat verdi. Çıxış edən seçicilər yaşadıqları kəndlərin problemlərindən söhbət açdılar və bu problemlərin tezliklə həll olunmasında vasitəçi olmağını Aqiyə Naxçıvanlıdan xahiş etdilər. Eyni zamanda bildirdilər ki, fevralın 9-da keçiriləcək seçkilərdə fəal iştirak edəcəklər.







Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!