Bakıda sınaq imtahanı adı ilə evdən çıxdı, sevgilisi ilə qaçdı - YENİLƏNİB

2020-02-04 12:00:42 / 2342 dəfə oxunub

Bakıda itkin düşən qızın sevgilisi ilə qaçdığı məlum olub.

"Qafqazinfo” xəbər verir ki, valideynlərin müraciətindən sonra Nəsimi RPİ-də araşdırma aparılıb.

Məlum olub ki, 1999-cu il təvəllüdlü Nərmin imtahanda sevdiyi oğlana qoşulub qaçıb. Bu barədə onun ailəsinə də məlumat verilib.

10:02

Bakıda sınaq imtahanına gedən şagird itkin düşüb.

Qafqazinfoxəbər verir ki, vətəndaş N.R. polisə müraciət edərək bildirib ki, fevralın 2-si, saat 13:55-də qızı Nərmini Nəsimi rayonunda yerləşən "Asiya” tədris mərkəzinə sınaq imtahanına aparıb.

Lakin saat 15:50-də Nərmini imtahandan götürmək üçün getdikdə qızını tapa bilməyib. Məlumata görə, Nərmin naməlum istiqamətə gedərək itkin düşüb.

Araşdırma aparılır.

Son xəbərlər
Neft 40 dolları ötdü
2020-06-03 10:57:53
DİN sürücünü təkzib edir
2020-06-03 10:55:09
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!