Oğuz ağsaqqalları: Rayonun layiqli övladına - Aqiyə Naxçıvanlıya səs verəcəyik!

2020-02-04 16:44:57 / 3816 dəfə oxunub
Fevralın 4-ü günün ikinci yarısında 117 saylı Oğuz-Qəbələ dairəsindən YAP-ın deputatlığa namizədi Aqiyə Naxçıvanlı Oğuz rayon ağsaqqalları və ziyalıları ilə görüş keçirdi.

Tədbiri giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov görüşə gələn ağsaqqalları salamladı. O, Oğuz rayonundan deputatlığa namizəd Aqiyə Naxçıvanlının xüsusi təqdimata ehtiyacı olmadığını vurğulayaraq, Oğuz ictimaiyyətindəki rolu, qanunvericilik sahəsində və respublikanın inkişafindakı xidmətlərindən bəhs etdi. Daha sonra Yeni Azərbaycan Partiyasının seçki platforması, partiyanın tələbləri və dövlətin gələcəyə planlanmış siyasətindən danışdı.



Bu gün onları görməkdən çox şad olduğunu söyləyən Aqiyə Naxçıvanlı rayon ağsaqqallarını salamladı və gəldikləri üçün öz təşəkkürünü bildirdi. O qeyd etdi ki, xalqımız arasında ta qədimdən bu günədək ağsaqqal sözünə, ağbirçək nəsihətinə hər zaman ehtiyac duyulub, onlar həmişə gənclərə düzgün yol göstərib, doğru istiqamətə yönəldən olublar. "Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur”, – deyən ulu öndər Heydər Əliyev ağsaqqalları milli sərvət hesab edərək onlara böyük hörmət bəsləyirdi. Aqiyə xanım bundan qabaqkı görüşün gənclərlə olduğunu qeyd edərək gənclərin problemlərindən, onların düzgün istiqamətləndirilməsindən, daim nəzarətdə saxlanılmalarının vacibliyindən danışdı. Qeyd etdi ki, bu gün onların ailə dəyərlərinə sahib çıxmalarını, zərərli vərdişlərdən qorunmalarını təmin etməliyik. Çünki biz hər birimiz kənar dövlətlərdə nələrin baş verdiyini çox yaxşı görürük. Ölkə prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmiz bütün bunlardan uzaqdır. O da öz çıxışlarında dəfələrlə vurğulayır ki, ağsaqqala, ağbirçəyə hörmət, milli- mənəvi dəyərlərə sadiqlik və qorunub saxlanması gənclərin əsas vəzifələridir.



Sonda rayon ağsaqqallarının nümayəndələri Şabəddin Məmmədli, Seyidməmməd Quliyev, Xaliq Babayev, Səid Haciyev, Cuma Cumayev, Xanlar Ağayev, Firuddin Hafizov, Fərrux Əbilov, Əmir Şirinov, Nurəddin Məmmədov, Xanlar Ağayev və İzzət Seyidov çıxış edərək fərdi və kiçik təsərrüfatların böyük təsərrüfatlara çevrilməsinın, rayonda emal və toxuculuq sexlərinin, dərman bitkilərinın tədarük məntəqələrinin yaradılmasının vacibliyini vurğuladılar. Onlar deputatlığa namizəd Aqiyə Naxçıvanlıya bu seçki kampaniyasında uğurlar arzulayaraq vətənimizin inkişafı yolunda apardığı mübarizəsinə xeyir dua verdilər. Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində yekdilliklə rayonun layiqli övladına - Aqiyə Naxçıvanlıya səs verəcəklərini bildirdilər.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!