MSK Fərəc Quliyevin namizədliyinin ləğv edilib-edilməməsilə bağlı qərar verəcək - RƏSMİ

2020-02-04 18:42:51 / 1214 dəfə oxunub

31 saylı Suraxanı İkinci Seçki Dairəsindən deputatlığa namizəd, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevlə bağlı şikayətə hazırda Mərkəzi Seçki Komissiyasının Ekspert qrupu tərəfindən baxılır.

BunuAPA-ya açıqlamasında MSK sədrinin müavini Rövzət Qasımov bildirib.

R.Qasımov deyib ki, indiyə qədər MSK tarixində rüşvətlə bağlı məsələnin olmasını xatırlamır:

"Ekspert qrupu nə zaman məsələnin müzakirəyə çıxarılmasını təklif etsə, MSK qanunvericiliyin tələbinə uyğun vaxtda məsələyə baxacaq və qərar verəcək”.

R.Qasımov onu da qeyd edib ki, Fərəc Quliyevin namizədliyinin ləğv edilib-edilməməsinə də MSK qərar verəcək.

Qeyd edək ki, iki gün əvvəl 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən deputatlığa namizəd Mehman Hüseynov sosial şəbəkələrdə həmin dairədən deputatlığa namizəd olan F.Quliyevlə danışığının səs yazısını yayıb. Səs yazısında F.Quliyevin Mehman Hüseynova 10-15 min manat pul təklifi əksini tapıb. F.Quliyev isə sonradan məsələyə münasibət bildirərək həmin pulu M.Hüseynovun müalicəsi üçün təklif etdiyini, M.Hüseynovun danışığın səs yazısını montaj edərək yaydığını bildirib.

M.Hüseynov bununla əlaqədar MSK-ya müraciət edib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!