“İstəyirəm hər bir Azərbaycan ailəsi yaxşı yaşasın” - Razi Nurullayev İmişlidə seçicilərlə görüşüb - FOTOLAR

2020-02-02 10:25:10 / 1133 dəfə oxunub

79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd Razi Nurullayevin seçkiqabağı təşviqat kampaniyası davam edir.

Razi Nurullayev bu gün İmişli rayonunun mərkəzində yaşayan sakinlərlə görüşüb.

Görüşdə çıxış edən Razi Nurullayev seçkidə qalib gələcəyinə inandığını deyib:

"Hamınıza sağ olun deyirəm. Əminəm ki, fevralın 9-da mən yenə burada olacağam və qələbəni birlikdə qeyd edəcəyik. Əmin olun ki, biz gələcəyə körpü salırıq və bizə etimad göstərənlər də o körpünü bizimlə gedəcəklər. Bu gün bizim üçün var olan cəmiyyətimizdir. Cəmiyyətdə müxtəliflik həmişə olub. Müxalif fikirlər həmişə olub. Bu gün İmişli camaatının əksəriyyəti Razi Nurullayevə sevgi bəsləyir. Biz vacib bildiyimiz, zəruri bildiyimiz yolla gedəcəyik. Hamınıza uğur arzulayıram. Mən istəyirəm ki, onlar ləyaqətlə yaşasınlar”.

Deputatlığa namizəd əhalinin sosial problemlərinin həllinə çalışacağını bildirib:

"Mənim seçki proqramımdan xəbəriniz var. Mən bütün Azərbaycan əhalisinin, İmişli sakinlərinin yaxşı yaşamasını istəyirəm. İstəyirəm ki, hər bir Azərbaycan ailəsi yaxşı yaşasın. Hər bir ailədə bəxtəvərlik, firavanlıq olsun. Biz buna nail olmaq üçün 3 ildir apardığımız mübarizə uğurla nəticələnəcək. Buna nail olacağıq ki, hər bir azərbaycanlı ailəsi uşaq pulu alsın. Hər bir azərbaycanlı ailəsində böyüyən uşaqların mənəvi atası dövlətimiz olsun. Ona görə də hər birinizi dəstək olmağa çağırıram. Arzu edirəm ki, sizinlə birgə qələbəni burada qeyd edim. Qoy, Azərbaycana hər zaman günəş doğsun. O günəş hər bir qara mərkli, ürəyində qara niyyət olan insanların da qəlbinə işıq salsın”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!