Siyasi peşəkarlıq örnəyi: Azay Quliyevin təbliğat kampaniyası nədə və necə fərqləndi

2020-02-05 12:19:20 / 1312 dəfə oxunub
Seçkiqabağı təbliğat dövrünün bitməsinə artq sayılı günlər qalır, ona görə də, keçilən yola boylanaraq, namizədlərdən kimin necə kampaniya apardığını dəyərləndirməyə imkan var. Ümumi mənzərəyə baxanda diqqəti çəkən budur ki, namizədlərin çoxu özlərinə uyğun olaraq, həvəskar kampaniya aparırdılar - yəni işə sistemsiz, texnoloji cəhətdən zəif, "ya mədəd” prinsipi ilə yanaşanlar az deyildi. Həqiqətən peşəkar kampaniya ilə çox az namizəd diqqəti çəkməyi bacardı ki, onlardan biri 8 saylı Binəqədi birinci seçki dairəsində mübarizə aparan Azay Quliyevdir.

Burada həm təcrübə, həm də peşəkarlıq öz sözünü deyirdi. Ölkədə artıqpeşəkar siyasətçilər zümrəsiformalaşmaqdadır. Onlar hərəsi öz sahəsində çalışıb, seçkidən-seçkiyə ortaya atılan siyasi həvəskarlar yox, özünü bu işə həsr edən,siyasətlə professional səviyyədə məşğul olan, cəmiyyətlə dövlətin arasında ikitərəfli ötürücülük missiyasını həyata keçirənhələ ki azsaylı təbəqənin təmsilçiləridirlər. Belə şəxslərin arasındaAzay Quliyevhəmişə diqqət çəkir. O, peşəkar olduğunu bu seçki kampaniyasında da sübut etdi.

Özünü nədə göstərirdi bu peşəkarlıq? Hər şeydən əvvəl,siyasətdə professionallıq təcrübəli və işini bilən komandadan başlayır.Azay Quliyevelə bir komanda toplayıb ki, özünü ona əsas rəqib sayan şəxslərin qərargahındakı ən fəal üzvləri bəlkə növbəti seçkiyə qədər təcrübə toplamaları üçün bu komandaya praktikant qismində cəlb etmək olardı. Bütün kampaniya müddətində qərargah saat kimi işlədi: Vaxtlı-vaxtında seçicilərlə izdihamlı görüşlərin təşkili, mənzillərə baş çəkmələr, bukletlərin paylanması, kütləvi tədbirlər, media ilə sərrast və nizamlı iş... Hər şey yerində, qaydasında.

Dövrün ruhuna uyğun olaraq,yüzlərlə könüllünün prosesə cəlb olunmasınıdə xüsusi qeyd etmək lazımdır. İndi könüllülülər istənilən işdə uğur qazanmağın rəhninə çevrilib, çünki komanda nə qədər böyük və çevik olsa belə, hamının əlində 10 barmağı, sutkasında isə 24 saatı var. Könüllülər bu əllərin və sutkaların sayını kəskin şəkildə artırmaqla, prosesə daha böyük miqyas qazandırırlar.

Rəqiblərindən fərqli olaraq,Azay Quliyevkomandasıbaşqa namizədlərə hücuma keçmədi, ancaq öz işlərini görməkləvə cəmiyyətə çatdırmaqla məşğul oldular. Bu isə hər şeydən əlavə, həm"qara PR” fəndlərindən bezən cəmiyyətinrəğbətini qazanmaq üçün çox effektiv strategiyadır.

"Necə edək ki, seçiciyə daha bir addım da yaxınlaşaq?!”– Üzərində düşünülən əsas sual bu idi və onun həlli üçün Azərbaycanda indiyə qədər heç kimin tətbiq etmədiyi innovativ bir variant həyata keçirildi:Şəxsi Elektron Kabinet.Sirr deyil ki, insanlar çox vaxt deputatlarının seçiləndən sonra əlçatmaz olduğundan gileylənirlər və bu, onları millət vəkillərindən narazı salan əsas cəhətdir: "Problemimiz var, deputatımızı haradan tapaq ki, dərdimizi deyə bilək?”Azay Quliyevin qərargahı bu məsləni radikal şəkildə həll etdi: Deputatınızı axtarırsınız? Lap yaxşı, uzağa getməyin, o, sizin cibinizdədir - Smartfonunuz qədər yaxında!
Lap qədim dövrlərdən bəri siyasətçilərlə bağlı verilən suallardan biri həmişə belə olub: "Görəsən o, kimin cibindədir?” İndi seçici bu sualın cavabını bilir.

Bu addımlar o qədər peşəkarlıqla atılırdı ki,Azay Quliyevin rəqiblərinin bir neçəsi marafonu yarımçıq qoyaraq, yoldan çəkildilər. Güclü rəqibə olan belə hörmət hissi alqışa layiqdir.Buna siyasi mədəniyyəti çatmayanlar isə cürbəcür təxribatlara əl atdılar ki, bu da əslində eyni vəziyyətin (rəqibin mübarizə aparmaq mümkün olmayacaq qədər güclü olmasının) etirafı idi, sadəcə, ictimai əxlaqsız formada.Amma hətta bu ictimai əxlaqsızlığı ifşa edəndə dəAzay Quliyevin komandası emosilyalarla yox, əsl peşəkar kimi soyuqqanlı davranırdı.

Əlbəttə, peşəkarlıq, siyasi texnologiyalar, texniki innovasiyalar – bütün bunlar çox vacibdirlər, ammaistənilən seçki kampaniyasının uğuru ilk növbədə namizədin özündən, şəxsiyyətindən asılıdır.Zəif namizədi seçki texnologiyaları müəyyən həddə qədər qaldıra bilər, amma bu, Sizifin daşı yuxarıya itələməsi kimi bir şey olacaq.Azay Quliyevisə əvvəlki deputatlığı dövründə seçicinin rəğbətini qazana bilmişdi, çünki onun üçün seçki təbliğatı seçkidən dərhal sonra başlayır və 5 il davam edir, başqaları kimi 3 həftə yox.ATƏTPA-nın vitse-prezidenti kimi ölkənin maraqlarını xaricdə də təmsil etməsi isə şübhəsiz ki, seçinin gözündə ona əlavə üstünlük yaradır.

Bütün bunlar o deməkdir ki, 8 saylı Binəqədi birinci seçki dairəsindəaşkar favorit varvə onun qələbəsi tamamilə qanunauyğun olacaq. Rəqibləri isə bir məsələdə özlərinə təsəlli verə bilərlər:Azay Quliyevə uduzmaq eyib deyil, əksinə, belə güclü namizədlə yarışmaq şansı böyük bir təcrübədir.Qalır seçki gününü gözləyib, onun əlini sıxmaq.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!