Deputatlığa namizəd Nəsib Məhəməliyev Qullar kəndində seçicilərlə görüş keçirdi - FOTOLAR

2020-02-05 08:38:37 / 1262 dəfə oxunub
4 fevral 2020-ci ildə saat 15:00-da 109 saylı Balakən seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Nəsib Məhəməliyev Qullar kənd Mədəniyyət klubunda bu kənddən olan seçicilərlə görüş keçirmişdir.

Tədbiri giriş sözü ilə açan YAP-ın Balakən rayon təşkilatının sədri Azad Balayev respublikada son dövrlər həyata keçirilən dəyişim siyasəti barədə əhaliyə məlumat verərək bildirdi ki, mərhələli şəkildə həyata keçirilən islahatlarda növbə qanunverici orqanada çatmış, ölkə prezidentinin imzaladığı sərəncama əsasən 9 fevral 2020-ci il tarixinə növbədənkənar parlament seçkiləri elan edilmişdir.



Rayon əhalisinin böyük əksəriyyətinin Nəsib Məhəməliyevin yenidən iqdidar partiyası tərəfindən namizədliyinin irəli sürülməsini böyük sevinclə qarşıladığını bildirən partiyanın rayon təşkilatının sədri Nəsib müəllimin bütün fəaliyyəti dövründə Balakənin, balakənlilərin yanında olduğunu bildirdi.

Çıxış edən deputatlığa namizəd Nəsib Məhəməliyev görüşə qatılan hər kəsə təşəkkür edərək. ölkədə sön dövrlərdə həyata keçirilən islahat siyasətinin mahiyyətindən, Azərbaycan beynalxalq məsələrdə oynadığı roldan, uğurla həyata keçirilən regionla lahiyyələrdən danışdı.



Ölkəmizin dahada inkişaf etməsi, sabitliyin qorunması üçün hər kəsi Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırdı.

Kənd sakinlərindən Elman Xipiyev, Rasim Göylərov, Səhəddin Orucov, Solmaz Doldolova, Arzu Qocayeva və Elçin Musayev çıxış edərək kənddəki müvafiq problemləri deputatlığa namizədin diqqətinə çatdırdılar.



Şikayətlər qeydə alındı və seçkilər bitdikdən sonra qanunverici orqanda yenidən təmsil olunmaq hüququ qazanacağı halda qaldırılan problemli məsələlərin qanunlara uyğun şəkildə həlli üçün əməlli adımların atılacağı bildirildi.

Sonda deputatlığa namizəd Nəsib Məhəməliyev yekun nitqini söyləyərək kənd sakinlərinə bir daha öz təşəkkürü bildirdi, onları 9 fevral günü seçkiyələrdə fəal şəkildə iştirak etməyə və ürəklərindəki namizədi tam müstəqil və azad şəkildə seçki günü müdaifə etməyə səslədi.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!