Parlament üzvlüyünə namizəd Nəsib Məhəməliyev Gərəkli kəndində seçicilərlə görüş keçirdi

2020-02-03 20:00:52 / 2339 dəfə oxunub
109 saylı Balakən Seçki Dairəsindən parlament üzvlüyünə namizəd Nəsib Məhəməliyev fevralın 3-də seçicilərlə növbəti uğurlu görüşünü dağətəyi Gərəkli kəndində keçirdi.

YAP-ın rayon təşkilatının sədri Azad Balayev növbədənkənar parlament seçkilərinin keçirilməsinin mahiyyətini izah edərək rayon təşkilatının YAP-ın İdarə Heyətinin N.Məhəməliyevi 109 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyini irəli sürməsini böyük sevinclə qarşıladıqlarını bildirdi.

Çıxış edən deputatlığa namizəd Nəsib Məhəməliyev kənd sakinlərinə ölkəmizdə son dövrlər həyata keçirilən islahatların zərurətindən, görülən işlərdən və nəzərdə tutulan lahiyyələrdən danışdı.




Çıxış edən gərəkli kənd tam orta məktəbinin direktoru Ramiz Ramazanov kənd məktəbinin tikintisinə başlandığı, keçən görüş zamanı bu məktəbin tikintisini üçün kollektiv adından xaiş edildiyini, qısa zamanda məktəbin tikintisinin dövlət proqramına salınmasına verdiyi dəstəyə görə məktəb kollektivi və valideyinlər adından Nəsib Məhəməliyevə təşəkkür etdi.



Görüşdə kənddə həlli gözlənilən problemlərlə bağlı təkliflər bildirərək ölkənin inkişafından məmnunluq vəNəsib Məhəməliyevin deputatlıq fəaliyyətindən razılıqlarını ifadə etdilər.



Seçicilərdən Mustafa Bodurov, İlham Kiçiliyev, Mahama Motuxov, Ramiz Ramazanov və Şamil Motuxov seçkidə fəallıq göstərərək Nəsib müəllimə səs verəcəklərini bildirdilər.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!