Novruz Aslanovun görüşləri davam edir - FOTOLAR

2020-02-06 11:30:57 / 2354 dəfə oxunub

Fevralın 5-də 86 saylı İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Novruz Aslanov İsmayıllı şəhərində daha üç görüş keçirib. İlk görüş İsmayıllı şəhərinin mədəniyyət işçiləri və rayonun ictimai həyatında fəal iştirak edən qadınlarla olub.

Sabahinfo.az xəbər verir ki, görüşdə Novruz Aslanovun uğurlu deputatlıq fəaliyyəti ilə yaxından tanış olan ictimai fəallar bu ənənənin İsmayıllı rayonunda yaşatdığı üçün ona təşəkkür ediblər. Namizəd uğurlu fəaliyyətinin əsasında güclü dövlətin, onun inkişaf etmiş strukturlarının durduğunu bildirib. Sakinlərin qaldırdığı məsələlərin əlaqədar hökumət strukturlarının davamlı olaraq həllinə çalışdığını önə çəkən Novruz Aslanov bu işləri ölkə başçısının daim nəzarətdə saxladığını bildirib.


İkinci görüş Novruz Aslanovun komandası və seçkilərdəki müşahidəçiləri ilə olub. Namizəd seçki günü ilə bağlı məntəqələrdə onun müşahidəçisi kimi iştirak edənlərə lazımi təlimatlarını verib, seçki qanunvericiliyinə və qaydalarına uyğun olaraq hərəkət etmələrini tövsiyə edib.



Sonuncu görüş İsmayıllı rayonunun gəncləri və idmançıları ilə baş tutub. Görüşdə müxtəlif beynəlxalq turnirlərin qalibləri və mükafatçıları iştirak ediblər. Gənclərin də iştirak etdikləri görüş səmimi mühitdə davam edib. Novruz Aslanov dövlətin idmançılara göstərdiyi qayğıdan, xüsusilə ölkə başçısının bu qayğısı sayəsində əldə olunan ugurlardan söhbət açıb. Gəncləri 2 fevral Gənclər günü ilə təbrik edən Novruz Aslanov ölkənin gələcək inkişafında gənclərin böyük rolunun olduğunu diqqətə çatdırıb. Tədbirdə iştirak edən hər bir gəncə bu işlərdə fəallıq göstərmələrini və gələcək inkişafa öz töhfələrini vermələrinin vacib olduğunu bildirib. Çıxış edənlər Novruz Aslanovun yerli idmançılara daim dəstək verdiyini, yarışlarda iştirak etmələri üçün şərait yaratdığını bildirib və ona təşəkkür ediblər.



Son xəbərlər
Şəhidlərimiz var
2020-07-12 18:27:30
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!