Kamaləddin Qafarov Milli Qəhrəmanın doğmaları ilə görüşüb - FOTOLAR

2020-02-07 09:16:30 / 2641 dəfə oxunub
 9 saylı Binəqədi ikinci Seçki Dairəsindən VI çağırış Milli Məclisə deputatlığa namizəd Kamaləddin Qafarov Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hümbətovun qardaşları Azad və Sahiblə görüşmüşdür.

K. Qafarov bildirmişdir ki, Vətənin azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə 109 soydaşımız Azərbaycanın Milli Qəhrəmanı kimi yüksək və şərəfli ada layiq görülmüşdür. Onlardan biri də Binəqədinin yetişdirməsi olan Fərhad Hümbətovdur. Fərhad 1992-ci il martın 29-da Xankəndi yaxınlığında sayca üstün olan erməni silahlıları ilə döyüşə girmiş, yaralıları xilas etsə də, özü qəhrəmancasına həlak olmuşdur. Kamaləddin Qafarov qeyd etmişdir ki, Fərhad və onun kimi qəhrəmanların əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaqdır. Onlar millətimizin qürur mənbəyi, əbədiyyət simvoludur.



Azad və Sahib Hümbətovlar qardaşlarının xatirəsinə yüksək dəyər verdiyinə, onlarla səmimi görüşə, yüksək diqqət və qayğıya görə Kamaləddin Qafarova minnətdarlıqlarını bildirmişlər. Onlar qeyd etmişlər ki, qədirbilən xalqımız Milli Qəhrəmanımızın xatirəsini daim uca tutur. Rayonumuzda onun adını daşıyan mədəniyyət və istirahət parkında qəhrəmanın əzəmətli büstü qoyulmuşdur.



Kamaləddin Qafarov Azad və Sahib Hümbətovlar qardaşları ilə ətraflı fikir mübadiləsi etmiş, onların problem və qayğıları ilə maraqlanmış, bir sıra məsələlərin həlli üçün zəruri tədbirlərin görüləcəyini bildirmişdir.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!