Deputatlığa namizəd Məşhur Məmmədovun seçicilərlə zirvə görüşü keçirilib

2020-02-07 15:17:02 / 2632 dəfə oxunub

Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizədi Məşhur Məmmədovun Masallı Olimpiya İdman Kompleksində seçicilərlə zirvə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev deputatlığa namizəd haqqında məlumat verib, seçiciləri 9 fevralda YAP-ın namizədinə səs verməyə çağırıb.



Çıxış edən seçicilər deputatlığa namizəd Məşhur Məmmədov YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verib. Qeyd edib ki, "Daha güclü Azərbaycan naminə!” şüarı ilə seçkilərə gedən partiyamız parlament seçkilərində qələbə əzmindədir.

Tədbir iştirakçılarından Şakir Abışov, Ələşrəf Niftiyev, Əlniyaz Əlnağıyev, Kamal Təhməzov, Nazilə Hüseynova,Şakir Həsənov, Nəriman Əliyev, Elşad Məmmədov və başqaları çıxış edərək YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!