Məzahir Pənahov: Bəzi namizədlər məhkəmə həvəskarıdır

2020-02-07 17:00:25 / 2598 dəfə oxunub

"Dairədə olan qanun pozuntuları ilə bağlı birinci Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etmək lazımdır, məhkəməyə yox”.

Modern.azxəbər verir ki, bu sözləri Komissiyanın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. O qeyd edib ki, 22 saylı Nəsimi seçki dairəsindən namizədliyi qeydə alınmış şəxs müşahidəçi vəsiqələrini Dairə Seçki Komissiyasına versə də, bunun qəbul edilmədiyini iddia edib və bununla bağlı məhkəməyə müraciət edib:

"Belə görünür ki, həmin namizəd məhkəmə həvəskarıdır. Belə olan halda, həmin şəxsə zorla vəsiqələri vermək lazımdır. Onun deyəsən, başqa məqsədləri var. Adını hansısa hesabatlara saldırmaq niyyəti daşıyır. O hansısa statistik göstəricilərə xidmət edir”.

Qeyd edək ki, iclasda hansı namizəddən söhbət getdiyi barədə məlumat verilməyib.


Son xəbərlər
PEŞƏ BAYRAMINIZ MÜBARƏK!
2020-07-02 15:00:17
Rəzalət..
2020-07-02 11:39:31
Polisimiz QÜRURUMUZDUR!
2020-07-02 10:40:30
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!