Mövlud Çavuşoğlu: “İdlibdə vəziyyət gərgindir”

2020-02-07 16:00:22 / 1099 dəfə oxunub
Əsəd rejiminin təcavüzkar siyasəti nəticəsində İdlib şəhərində vəziyyət gərgin olaraq qalır. Bu mövzunu müzakirə etmək üçün sabah Türkiyəyə Rusiyadan nümayəndə heyəti gələcək.

Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. O, İdlibdə vəziyyətin gərgin olaraq qaldığını və Əsəd rejiminin təcavüzkarlığı səbəbiylə çox sayda insanın evlərini tərk etdiyini bildirib.

Çavuşoğlu türk əsgərlərinə hücum edildiyini və 8 şəhid verildiyini xatırladaraq "bunun qat-qat artıq cavabını verdik. Bu mövzudakı qətiyyətimizi Rusiyaya da çatdırdıq. İnsanlıq faciəsinə və ya fəlakətə son qoymaq üçün nə lazımdırsa edəcəyik”, - deyə vurğulayıb.

Nazir, həmçinin qeyd edib ki, Rusiya və İranla Astana, eləcə də Soçi mexanizmləri işə salınıb və bu mexanizmlər Suriyada atəşkəs rejiminin bərpa edilməsini, bunun daimi olmasını və siyasi prosesə keçidin təmin olunmasını hədəfləyir:

"Bu günə qədər bunların faydalarını gördük. Ancaq siyasi proseslərə inanmayan, yalnız hərbi yolla sülh gətirəcəyini düşünən rejimin təcavüzkarlığı artıb. Təbii ki, çox səhv düşüncədə olduğunu mütləq qeyd etməliyəm”.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!