ATƏT sədri Məmmədyarov-Mnatsakanyan görüşündən danışdı

2020-02-07 10:36:14 / 2380 dəfə oxunub

Albaniyanın Baş naziri, ATƏT-in fəaliyyətdə olan sədri Edi Rama Dağlıq Qarabağ, Dnestryanı münaqişələrindən və Ukrayna böhranından danışıb.

Oxu.Az-ın xəbərinə görə, E.Rama Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasında çıxışı zaman ölkəsinin ATƏT-ə sədrliyi dövründəki prioritetləri açıqlayıb.

O bildirib ki, ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərini dəstəkləyir.

E.Rama ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilən Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin (Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan) Cenevrə görüşü barədə də söz açıb.

O qeyd edib ki, Cenevrə danışıqlarında münaqişənin həlli üçün əsas rol oynaya biləcək elementlər müzakirə edilib.

Xatırladaq ki, yanvarın 29-30-da Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında danışıqların növbəti raundu keçirilib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!