Qarabağ qazisi vəfat etdi

2020-02-10 10:17:58 / 1173 dəfə oxunub

2015-ci ilin sentyabr ayının 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanan "N” saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu Hacıyev Qoşqar Zahid oğlu vəfat edib.

Bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, Q.Hacıyev gecə saat 2 radələrində müalicə aldığı "Ege Hospital”da vəfat edib.

Qeyd edək ki, Q.Hacıyev 2016-cı ildə məhz Prezident İlham Əliyevin tapşırığı, Heydər Əliyev Fondunun dəstəyi ilə bir neçə dəfə Türkiyədə müxtəlif xəstəxanalarda müalicə olunub.

Son olaraq, 2018-ci ilin oktyabrında vəziyyəti pisləşən qazimiz "Ege Hospital”a yerləşdirilmişdi. Q.Hacıyevin müalicəsi ilə bağlı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevagöstəriş vermişdi. Oktyabrın 27-də qazimiz komadan ayılmışdı.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!