Bakıda gənc “yox” cavabı aldığı qızı amansızlıqla bıçaqladı

2020-02-12 10:00:55 / 2751 dəfə oxunub

Bakıda sevgisinə qarşılıq ala bilməyən oğlan 22 yaşlı qıza yeddi bıçaq zərbəsi vurub.

Qafqazinfo-nun verdiyi xəbərə görə, hadisə fevralın 11-i gecə saat 23:30 radələrində Yasamal rayonu, Z.Xəlilov küçəsində baş verib.

Füzuli rayon sakini, 1992-ci il təvəllüdlü Afiq Hüseynov İsmayıllı rayon sakini, 1998-ci il təvəllüdlü A.Z.-yə yeddi bıçaq zərbəsi vurub. A.Z. xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, A.Hüseynov tanışı olan A.-ya onu sevdiyini etiraf edib, lakin qız onu sevmədiyini bildirirərək, sevgili olmaqdan imtina edib. Bundan qəzəblənən Afiq sevdiyi qıza yeddibıçaq zərbəsi vurub.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər
Deputatdan bayram təbriki
2020-07-30 20:19:16
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!