Hadi Rəcəblinin də dairəsinin nəticələri ləğv edildi

2020-02-13 17:30:35 / 1287 dəfə oxunub

Mərkəzi Seçki Komissiyasının (MSK)Milli Məclisə seçkilərlə əlaqədar iclasında 74 saylı Lənkəran Kənd Seçki Dairəsi üzrə daxil olan müraciətlərə baxılıb.

Oxu.Az-ın məlumatına görə, iclasda qeyd olunub ki, müvafiq dairə üzrə seçki məntəqələrində qanun pozuntularını özündə əks etdirən videogörüntülər izlənilib, sosial şəbəkələrdə yayılan məlumatlara baxılıb.

İclasda qərara alınıb ki, 74 saylı Lənkəran Kənd Seçki Dairəsinin Milli Məclisə seçkilərlə əlaqədar nəticələri ləğv edilsin.

Qeyd edək ki, MSK-nın açıqladığı ilkin rəsmi nəticələrə görə, həmin dairədə lider namizəd Hadi Rəcəbli idi.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!