Məzahir Pənahov: "Sosial şəbəkələrdə yayılan xoşagəlməz hallar ümumi seçki məntəqələrinin..."

2020-02-14 10:09:23 / 2425 dəfə oxunub

Fevralın 9-da keçirilən parlament seçkiləri ilə bağlı sosial şəbəkələrdə yayılan xoşagəlməz hallar ümumi seçki məntəqələrinin heç 2 faizini təşkil etmir.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Real TV-yə müsahibəsində deyib.

M.Pənahov bildirib ki, sosial şəbəkələrdə yayılan materialların çəkildiyi bütün məntəqələrdə seçkilərin nəticəsini ləğv etsək belə, 5 573 seçki məntəqəsinin cəmi 2 faizini təşkil edəcək, yəni bu, təqribən 100 məntəqə deməkdir:

"Bəzən insanlarda belə təsəvvür yaranır ki, bütün ölkə üzrə pozuntular baş verib, ancaq bu, belə deyil. Əlbəttə, biz arzu edərdik ki, o xoşagəlməz hallar da olmasın. Ancaq mən həmişə demişəm, bütün xoşagəlmız hallar qanunvericiliyin tələbinə çox ciddi yanaşmaqla həll olunacaq, xoşagəlməz hallara yol verənlər isə ciddi şəkildə cəzalandırılacaqlar”.

Qeyd edək ki, fevralın 13-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə

- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli

- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu

- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.

Bundan əlavə, 91 saylı Ucar, 125 saylı Zəngilan-Qubadlı və 60 saylı Salyan-Neftçala, 50 saylı Abşeron-Qobustan, 72 saylı Yardımlı-Masallı, 95 saylı Tərtər, 42 saylı Sumqayıt ikinci, 14 saylı Xəzər, 15 saylı Yasamal birinci, 10 saylı Binəqədi üçüncü, 28 saylı Sabunçu üçüncü, 79 saylı İmişli, 45 saylı Abşeron, 109 saylı Balakən, 67 saylı Cəlilabad seçki dairələri üzrə müraciətlərə baxılıb.

Müzakirələrdən sonra müraciətlərin Dairə Seçki Komissiyalarına göndərilməsinə qərar verilib.

Son xəbərlər
PEŞƏ BAYRAMINIZ MÜBARƏK!
2020-07-02 15:00:17
Rəzalət..
2020-07-02 11:39:31
Polisimiz QÜRURUMUZDUR!
2020-07-02 10:40:30
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!