FHN rəhbərliyi vətəndaşların qəbulunu keçirib

2020-02-01 15:58:57 / 1620 dəfə oxunub

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Yevlax şəhərində Yevlax rayonunun sakinlərinin, həmçinin bu rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib. Fövqəladə Hallar naziri tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinətapşırıqlar verilib.

Bundan əlavə, Fövqəladə Hallar nazirinin müavini Ragim Lətifov Mingəçevir şəhərində Mingəçevir şəhərinin, Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev Ağdaş şəhərində Ağdaş rayonunun sakinləri və həmin şəhər və rayonda məskunlaşmış məcburi köçkünləri qəbul edib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!