Qənirə Paşayevadan spiker olacağı ilə bağlı xəbərlərə daha bir REAKSİYA

2020-02-14 15:35:16 / 2494 dəfə oxunub

Milli Məclisə növbədənkənar seçkilərdə 105 saylı Tovuz Seçki Dairəsinin lider namizədiQənirə Paşayeva parlamentin spikeri olacağı ilə bağlı iddialara münasibət bildirib.

Q.Paşayeva "Facebook” hesabında yazıb ki, yayılan xəbərlər əsassızdır.

"Sadə bir həqiqəti paylaşmaq istərdim ki, Milli Məclis sədri ən çox deputat mandatı qazanmış partiyanın üzvləri arasından seçilir. Hazırda belə status hakim Yeni Azərbaycan Partiyasındadır. Mən isə bitərəfəm”, - deyə o əlavə edib.

O bildirib ki, Milli Məclisin yeni tərkibi Konstitusiya Məhkəməsinin qərarından sonra bəlli olacaq.

"Xahiş edirəm əsassız informasiya yayan sosial şəbəkə fəalları, media mənsubları bu sadə həqiqəti gözardı etməsin. Həqiqəti əks etdirməyən məlumatları yaymamanızı və paylaşmamanızı xahiş edirəm”.

Qeyd edək ki, Q.Paşayeva fevralın 13-dəOxu.Az-a açıqlamasında da haqqında yazılanların doğru olmadığını bildirmişdi.

Son xəbərlər
PEŞƏ BAYRAMINIZ MÜBARƏK!
2020-07-02 15:00:17
Rəzalət..
2020-07-02 11:39:31
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!