Onların dairəsində neçə seçici var, nə qədər səs yığmışdılar? - RƏQƏMLƏR

2020-02-14 14:59:38 / 1192 dəfə oxunub

Mərkəzi Seçki Komissiyasının (MSK) fevralın 13-də keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar dörd seçki dairəsinin nəticələri ləğv edilib.

Bunlar 33 saylı Xətai Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 74 saylı Lənkəran Kənd Seçki Dairəsi və 80 saylı İmişli-Beyləqan Seçki Dairəsidir.

MSK-nın açıqladığı ilkin nəticələrə görə, həmin dairələrdə müvafiq olaraq Hüseynbala Mirələmov,Rauf Arifoğlu, Hadi Rəcəbli və Çingiz Qənizadə idi.

Oxu.Azilkin rəsmi nəticələrə əsasən hesablama apararaq, həmin şəxslərin parlament seçkilərində nə qədər səs yığdığını araşdırıb.

H.Mirələmovsəsvermədə iştirak edən seçicilərin 3876-nın səsini toplayıb. Həmin dairə üzrə 47614 seçici var.

R. Arifoğlu isə seçicilərin 8340-nın səsini toplaya bilib. 35 saylı Xətai Üçüncü Seçki Dairəsi üzrə ümumilikdə 39040 seçici var.

H.Rəcəbli 9594 seçicinin etimadını qazanıb. 74 saylı Lənkəran Kənd Seçki Dairəsində seçicilərin ümumi sayı35434-dür.

Ç.Qənizadə isə səsvermədə iştirak edənlərin 10 min 286-nın səsini yığıb. Həmin dairədə ümumi seçici sayı 42680 nəfərdir.

Qeyd edək ki, seçkilərdə seçicilərin hamısı iştirak etməyib.

Azərbaycanda seçicilərin sayı 5 milyon 329 min 460 nəfərdir.

Ancaq ölkə üzrə seçkidə ümumilikdə 2 milyon 547 min 982 seçici iştirak edib. Bu isə ümumi seçicilərin 47.81 faizini təşkil edir.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!