Kəmaləddin Qafarovun lider namizəd olduğu dairənin iki məntəqəsində nəticələr ləğv edildi

2020-02-18 18:57:00 / 2637 dəfə oxunub

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən müraciətlərə baxılıb.

Oxu.Azbildirir ki, bu barədə MSK üzvü Qabil Orucov məlumat verib. O deyib ki, müraciətlər eyni seçki məntəqələrini əhatə etdiyindən bir icraatda birləşdirilib:

"Müraciətdə bəzi seçki məntəqələrində seçicilərin sayı az olmasına baxmayaraq, sayların komissiya üzvləri tərəfindən süni şəkildə artırılması, müşahidəçilərə müşahidə aparmağa imkan verilmədiyi qeyd olunub. DSK-ların araşdırma materialları da müraciətə əlavə edilib. Araşdırma zamanı müraciətdə təqdim edilən bir sıra faktlar öz təsdiqini tapmayıb. Ona görə də, təklif edirəm ki, DSK-nın qərarı qüvvədə saxlanılsın”.

Q.Orucov daha sonra 31 və 35 saylı məntəqələrdə pozuntuların qeydə alınması səbəbindən bu məntəqələr üzrə nəticələrin ləğv edilməsinin vacibliyini vurğulayıb. Komissiyanın ekspert qrupunun rəyi əsasında şikayətçilərin müraciəti qismən təmin olunub.

Nəticə olaraq, adıçəkilən dairədə 31 və 35 saylı məntəqələr üzrə nəticələr ləğv edilib.

Qeyd edək ki, həmin dairənin lider namizədi Kəmaləddin Qafarovdur.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!