Məzahir Pənahov: “Bəzi namizədlərin iddiaları gülməlidir”

2020-02-19 17:46:03 / 1031 dəfə oxunub

"Bəzi namizədlərin Mərkəzi Seçki Komissiyasının (MSK) onların şikayətlərinə baxmaması ilə bağlı iddiaları gülməlidir”.

Oxu.Az-ın xəbərinə görə, bunu MSK-nın iclasında qurumun sədri Məzahir Pənahov deyib.

O bildirib ki, bəzi namizədlər şikayətləri qanunla müəyyən olunmuş vaxtda təqdim etmirlər.

Pənahov qeyd edib ki, namizədlər qanunu pozmamalıdır.

"Bəzi namizədlər gəlib, Mərkəzi Seçki Komissiyasının qapısını bağlayıb, deyirlər ki, içəri heç kimi buraxmayacaqlar. Bu, MSK-nın işinə və fəaliyyətinə mane olur”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!