MSK sədri: “Kimin əlində fakt varsa, sosial şəbəkələrə yerləşdirsin”

2020-02-20 17:17:58 / 2503 dəfə oxunub

"Kimin əlində qanun pozuntusu ilə bağlı faktlar, görüntülər varsa, sosial şəbəkələrdə yerləşdirsin”.

Oxu.Az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının iclasında qurumun sədri Məzahir Pənahov deyib.

"İddialarınızın dəqiqliyindən əminsinizsə, həmin faktları sosial şəbəkələrə qoyun. Bütün ölkə də görsün ki, qanun pozuntuları olub”, - deyə M.Pənahov bildirib.

M.Pənahov onu da əlavə edib ki, seçkilərlə əlaqədar sosial şəbəkələrə 385 görüntü yerləşdirilib.

"Kim əlindəki faktları sosial şəbəkələrə yerləşdirməyibsə, bizdə əminlik yaranacaq ki, məntəqələrdə pozuntu halı olmayıb”, - deyə MSK sədri qeyd edib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!