Deputat prezidentin İtaliya səfərindən yazdı

2020-02-21 01:19:48 / 4122 dəfə oxunub

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin,İtaliya Respublikasına dövlət səfəri çərçivəsində müxtəlif səviyyəli görüşlər keçirilmiş, siyasi, iqtisadi, müdafiə, mədəni,turizm,enerji, kosmik və digər sahələr üzrə əməkdaşlıq haqqında müqavilələrin imzalanmışdır.
Cənab Prezidentin və birinci vitse Prezident Mehriban xanım Əliyevanın qarşılanma mərasimindən tutmuş, müzakirə olunan məsələlərin geniş spektri,iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olmasının göstəricisidir". Bu fikirləri  Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Onun sözlərinə görə, İtaliya, dünyanın 7- ci, Avropanın 4- cü iqtisadiyyatına sahib olmaqla ,,Böyük yeddiliyin,, üzvüdür. Özünəməxsus qədim tarixə və mədəniyyətə malikdir: "Paytaxtı Roma şəhərində,( şairi öz adlarına çıxan bir çox bədxahların etirazlarına baxmayaraq) dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin heykəli qoyulmuşdur.
Bu gün ki, mətbuat konfransında İtaliya Respublikasının Prezidenti cənab Serjo Mattarelanın, 2020- ci ilin İtaliyada ,, AZƏRBAYCAN,,ili elan edilməsi ilə bağlı bəyanatı, düşünürəm ki, hər birimizin ürəyincə oldu. Bu da faktdır ki, son illər Avropanın enerji təhlükəsizliyində mühüm əhəmiyyət kəsb edən, Cənub Qaz dəhlizinin bir qolu olan TAP layihəsinin icrası ilə bağlı süni şəkildə əngəlliklər yaradılırdı. Aralarında erməni lobbisinin də fəal şəkildə iştirak etdiyi maneələr aradan qaldırıldı və yaxın vaxtlar da tikinti başa çatacaqdır. TAP-n istifadəyə verilməsi isə, Azərbaycana iqtisadi dividentlər gətirməklə yanaşı,siyasi nüfuzunu da artıracaqdır. Bütün bunlar dövlətimizin Başçısı cənab İlham Əliyevin apardığı çoxşaxəli siyasətin və beynəlxalq aləmdə şəxsinə olan inamın,hörmətin nəticəsidir. Uğurlar Azərbaycan, uğurlar cənab Prezident!!!"

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!