MSK Eldar Quliyevin “liderliyindən” şikayət edən jurnalistə “YOX” dedi

2020-02-21 17:06:20 / 905 dəfə oxunub

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsi üzrə namizəd Aygün Süleymanlının müraciətinə baxılıb.

Oxu.Az-ın məlumatına görə, MSK üzvü İlham Məmmədov deyib ki, namizəd adıçəkilən seçki dairəsi üzrə nəticələrin ləğvini tələb edib.

O bildirib ki, MSK-nın araşdırması nəticəsində adıçəkilən seçki dairəsi üzrə qanun pozuntularının aşkarlanmadığı müəyyən olunub.

MSK qərara alıb ki, namizədin 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsi üzrə verdiyi şikayət təmin edilməsin.

Qeyd edək ki, həmin dairədə lider namizəd Eldar Quliyevdir.

Bildirək ki, şikayəti ünvanlayan Aygün Süleymanlı jurnalistdir. O, mətbuatda Aygün Muradxanlı imzası ilə çıxış edir.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!