Rüstəm Xəlilov Talış kəndinin sakinlərilə görüşüb - FOTO

2020-02-21 16:53:14 / 3079 dəfə oxunub

Qəbulda İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət təşkilatlarının rəhbərləri iştirak edib.

Sabahinfo.az xəbər verir ki, görüşü giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısı Rüstəm Xəlilov kənd sakinlərini salamlayaraq respublika Prezidenti cənab İlham Əliyev tərəfindən ölkə əhalisinin qaldırdıqları problemlərin, sakinləri narahat edən sosial məsələlərin həllinin diqqət mərkəzində saxlanıldığını, ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşlarımızın rahatlığı və sosial vəziyyətinin yaxşılaşdırılması məsələsi olduğunu qeyd etmişdir.

Kənd sakinləri sosial problemlərin həlli istiqamətində problemlərin həll olduğunu bildirərək, Talış kəndinə magistral yoldan gələn əsas yolun tikilərək kənd sakinlərinin istifadəsinə verildiyini, təsərrüfatların işıq, qaz və suvarma suyu ilə tam təmin olduğunu vurğulayaraq ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.

Qəbulda sakinlər tərəfindən onları narahat edən məsələlərlə bağlı verilən suallar Hacıqabul rayon İcra Hakimiyyəti başçısı Rüstəm Xəlilov tərəfindən ətraflı cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!