Məzahir Pənahov Erkin Qədirlini “çoxbilmiş” adlandırdı

2020-02-25 19:17:28 / 1856 dəfə oxunub

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 16 saylı Yasamal İkinci Seçki Dairəsi üzrə lider namizəd Erkin Qədirlinin müraciətinə baxılıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

Erkin Qədirli şikayətində bildirib ki, həmin dairənin səkkiz məntəqəsində seçicilərin iradəsini müəyyələnləşdirməyə imkan verməyən hallar aşkarlanıb.

"Erkin Qədirli bildirir ki, səkkiz məntəqənin nəticələri etibarsız sayılsın”, - deyə Arifə Muxtarova əlavə edib.

MSK sədri Məzahir Pənahov isə bildirib ki, Erkin Qədirli çoxbilmişdir:

"O bilir ki, dairə üzrə lider namizəddir, amma deyir ki, bəzi məntəqələrin nəticələri etibarsız sayılsın. O, çoxbilmişdir, bilir ki, bu, nəticəyə təsir etməyəcək”.

MSK qərara alıb ki, Erkin Qədirlinin müraciəti təmin edilməsin.

Son xəbərlər
Neft 40 dolları ötdü
2020-06-03 10:57:53
DİN sürücünü təkzib edir
2020-06-03 10:55:09
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!