Vilayət Eyvazov Əhəd Abıyevin qardaşına yüksək vəzifə verdi

2020-02-25 16:14:28 / 2328 dəfə oxunub

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi baş tutub.

Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis polkovniki Zəfər Abıyev DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisinin müavini vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, o, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Zəfər Abıyev Daşkəsənin icra başçısı Əhəd Abıyevin qardaşıdır.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!