Xələf Xələfov: “Xocalı soyqırımına münasibətdə ədalət zəfər çalacaq”

2020-02-26 17:39:02 / 2635 dəfə oxunub

"Azərbaycanın müvafiq qanunvericilik aktlarında Xocalıda törədilmiş cinayətlər "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” 1948-ci il Konvensiyasına uyğun olaraq, soyqırımı kimi qiymətləndirilib.

Milli Məclisin 24 fevral 1994-cü il tarixli "Xocalı soyqırımı günü haqqında” qərarına əsasən, 26 fevral tarixi Xocalı soyqırımı günü elan edilib”.

Bunu Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

O bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalıda törədilənlər müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər olan xüsusilə ağır nəticələr doğuran əməllər kimi səciyyələndirib.

"İslam Əməkdaşlığı Təşkilatı Xocalıda soyqırımı törədilməsi faktını tanıyıb və bununla əlaqədar Ermənistanın məsuliyyət daşımasını tələb edib.

Xocalıda törədilmiş bu mənfur cinayət xüsusi niyyətlə həyata keçirilib. Həmin niyyət əhalini məhz azərbaycanlı olduğuna görə kütləvi şəkildə qətlə yetirməkdən ibarət olub. Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən aparılmış müvafiq istintaq nəticəsində Xocalıda mülki əhaliyə qarşı soyqırım cinayətinin törədildiyi tam sübuta yetirilib. Bu gün Azərbaycan Respublikası Xocalıda törədilmiş soyqırımı ilə əlaqədar ədalət mühakiməsinin həyata keçirilməsi üçün milli və beynəlxalq səylərini davam etdirir”, - deyə X.Xələfovəlavə edib.

Diplomat qeyd edib ki, münaqişənin gedişində Ermənistan tərəfindən törədilmiş beynəlxalq cinayətlər həm dövlət, həm də fərdi səviyyələrdə məsuliyyət doğurur:

"Ermənistanölkəmizə qarşı təcavüz, eləcə də Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının pozulmasına görə, dövlət səviyyəsində məsuliyyət daşıyır. Bu məsuliyyətə görə dünya birliyi Ermənistanı hüquqazidd əməllərini dayandırmağa, işğal edilmiş əraziləri qeyd-şərtsiz azad etməyə, münaqişənin ağır nəticələrini və vurulmuş ziyanı aradan qaldırmağa vadar etməlidir.

Bununla yanaşı, Xocalıda törədilmiş məlum cinayət əməllərionları törətmiş şəxslərin fərdi məsuliyyətini doğurur. Qeyd olunmalıdır ki, Ermənistanın bir çox yüksək vəzifəli şəxsləri və hərbi qulluqçuları, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qanunsuz rejimin rəhbərləri Azərbaycan ərazilərinin işğalında və azərbaycanlı mülki şəxslərə qarşı cinayətlərin törədilməsində şəxsən iştirak ediblər. Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın "Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıra bilməz. Biz [bu stereotipi] qıra bildik...” sözləri də bunu bir daha təsdiq edir”.

X.Xələfovun sözlərinə görə, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində, o cümlədən də "Xocalıya ədalət!” kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsi olaraq, dünyanın bir sıra ölkələrində bu cinayətlə bağlı müvafiq qərarlar qəbul edilib.

"Meksika, Pakistan, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, İndoneziya, Peru, Panama, İordaniya, Sudan, Sloveniya, Honduras, Qvatemala, Cibuti, Paraqvay və Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın bir sıra ştatlarının qanunverici orqanlarında Xocalı soyqırımını qınayan rəsmi sənədlər qəbul olunub.

Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətli ilə dərin iz qoymuş Xatın, Holokost, Ruanda və Srebrenitsa soyqırımları kimi ağır faciələrlə bir sırada dayanır. Həmin soyqırımlara münasibətdə dünya birliyinin səyləri nəticəsində hüquqi mexanizmlər vasitəsi ilə qiymət verilib. Cinayət törətmiş şəxslər müvafiq tribunallar qarşısında mühakimə olunublar.

LakinXocalı soyqırımına bu günə qədər dünya birliyi tərəfindən tutarlı hüquqi qiymət verilməyib.

Təəssüf ki, bu gün soyqırım cinayətinin aid olduğu universal yurisdiksiyanın tətbiqində siyasi konyukturalar üstünlük təşkil etməkdədir. İnanıram ki, Azərbaycan xalqının iradəsi ilə Xocalı soyqırımına münasibətdə ədalət zəfər çalacaq”, -deyə X.Xələfov bildirib.


Son xəbərlər
Şəhidlərimiz var
2020-07-12 18:27:30
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!