Astara xəstəxanasında qalmaqal: İrandan gələnlər bir gündür gözlədilir - VİDEO

2020-02-27 16:18:10 / 782 dəfə oxunub

Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən İrandan qayıdan azərbaycanlılarla həkimlərarasında gərginlik yaşanıb.

Məsələni əks etdirən görüntülərOxu.Az-ın redaksiyasına göndərilib.

İrandan qayıdan vətəndaşlar dünən saat 10-dan xəstəxanada antisanitar şəraitdə saxlanıldıqlarını iddia edirlər:

"Siz bizi burada nə üçün saxlayırsınız? Əgər bizdə ciddi xəstəlik varsa,bu xəstəxanada bizi nə müayinə edə bilərlər, nə də müalicə. Həkimlər bizə məlumat verməlidir, amma heç kim heç nə demir. Deyirlər, oturun, gözləyin. Bizi dünən saat 10-dan xəstəxanaya yerləşdiriblər”.

Qeyd edək ki, vətəndaşlarla tibb işçiləri arasında yaşanan gərginliyin səbəbi onlara heç kimin məlumat verməməsi və antisanitar şəraitdə saxlanılmalarıdır.

Məsələ ilə bağlı "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nə(TƏBİB) müraciət etdik. Lakin qurumdan məsələyə münasibət bildirən olmayıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!